IMG-LOGO

Astarada itkin düşən balıqçılar helikopterlərlə axtarılır - VİDEO

11 Dec 2025 15:22 22 baxış
IMG
Astarada itkin düşən balıqçılar helikopterlərlə axtarılır - VİDEO 0 0

Xəbər verdiyimiz kimi, dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında iki balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 26 yaşlı Həsənov Ağadədə Famil oğlu və 28 yaşlı Həsənov Turan Eyvaz oğlunun, həmçinin bu il sentyabrın 27-də dənizdə batdığı ehtimal olunan 33 yaşlı Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.

Axtarışlar FHN-in Aviasiya dəstəsin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Hadisələr Astarada balıqçılar itkin düşdü

Xəbər lenti