IMG-LOGO

Dövlət başçısı Azərbaycann nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışdı

13 Jul 2026 09:26 3 baxış
IMG
0 0

Gərgin qarşıdurma dövründə uçuşların xəritəsinə baxsaydınız, çox dar hava dəhlizinin məhz Azərbaycan üzərindən keçdiyini görərdiniz.

Lent.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Gərgin qarşıdurma dövründə uçuşların xəritəsinə baxsaydınız, çox dar hava dəhlizinin məhz Azərbaycan üzərindən keçdiyini görərdiniz. Eyni vəziyyət Xəzər dənizi vasitəsilə həyata keçirilən dəniz daşımalarına və quru nəqliyyatına da aiddir. Bütün bu amillər Azərbaycanın əhəmiyyətini daha da artırır. Sevindirici haldır ki, biz artan yük axınını qəbul etməyə hazırıq. Hazırda infrastrukturumuzu genişləndiririk. Xəzər hövzəsində ən böyük ticarət limanı olan və hazırda illik 15 milyon ton yükötürmə gücünə malik limanımızın imkanları 25 milyon tona çatdırılacaq. Hazırda gəmiqayırma zavodumuzda Avropadan və Avropaya daşınan yüklərin nəqlini təmin etmək üçün 10 gəmi inşa olunur. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə yaxın münasibətlərimiz, həmçinin bu iki istiqamətin tam mərkəzində yerləşməyimiz Azərbaycan üçün böyük üstünlük yaradır. Əlbəttə, Azərbaycanın siyasəti hər zaman əməkdaşlığa, qonşularımızın narahatlıqlarını nəzərə almağa və onların da bizim narahatlıqlarımıza həssas yanaşmasına yönəlib. Şuşada keçirilən Media Forumunda hiss etdiyimiz mühit də məhz budur. Biz eyni əməkdaşlıq və etimad mühitini beynəlxalq tərəfdaşlarımız arasında da formalaşdırmağa çalışırıq və ümid edirəm ki, buna nail olmuşuq”, - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumu

Mənbə: lent.az

Xəbər lenti