Seneqal millisinin qapıçısı Eduard Mendi Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu ilə müqavilə müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə Pro Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı qolkiperlə yeni müqavilənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, E.Mendi 2021-ci ildə "Çelsi"nin (İngiltərə) heyətində UEFA Çempionlar Liqasının qalibi olub. Həmçinin yığmasının tərkibində Afrika Millətlər Kubokunu da qazanıb. O, FIFA tərəfindən 2021-ci ilin ən yaxşı qapıçısı seçilib.