Ötən mövsüm İngiltərədə "Liverpul" klubunun Premyer Liqa çempionluğunu bayram etdiyi vaxtda avtomobilini azarkeşlərin üzərinə sürərək yüzlərlə insana xəsarət yetirən Paul Doyle adlı şəxs 21 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"Report" "Sky News"a istinadən xəbər verir ki, 54 yaşlı cinayətkar avtomobili ilə qəfil piyada kütləsinə daxil olaraq ən azı 134 nəfərə, o cümlədən uşaqlara xəsarət yetirib.
Həmin vaxt zərərçəkənlərə xəstəxanada yardım göstərilib. Polis hadisənin terror aktı olmadığını, bu davranışın sürücünün qəzəbindən qaynaqlandığını bildirib.