IMG-LOGO

2025-ci il üçün "Ferents Puşkaş" mükafatına layiq görülən qol açıqlanıb

16 Dec 2025 19:03 6 baxış
IMG

Argentinanın "İndependiente" klubunun futbolçusu Santyaqo Montielin qolu 2025-ci il üçün "Ferents Puşkaş" mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, FIFA-nın mətbuat xidməti məlumat yayıb.

O, Argentina çempionatının XVI turunda "İndependiente Rivadavia" ilə matçda vurduğu qola görə təltif edilib.

Qeyd edək ki, namizədlər arasında daha 10 futbolçunun adı yer alıb. Santyaqo Montiel cari mövsüm komandasının heyətində 36 oyunda yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.

Xəbər lenti