IMG-LOGO

AFFA rəsmisi: "Qərb bölgəsində akademiyaların inkişafı üçün müəyyən təkmilləşməyə ehtiyac var"

16 Dec 2025 15:12 3 baxış
IMG

Qərb bölgəsində akademiyaların daha davamlı inkişafı üçün müəyyən istiqamətlər üzrə təkmilləşməyə ehtiyac var.

Bunu "Report"a açıqlamasında AFFA Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli deyib.

O, bir neçə gün əvvəl Gəncə və "Turan Tovuz" futbol akademiyalarına etdikləri səfərlə bağlı danışıb:

"Səfərlər ümumilikdə faydalı və informativ oldu. Əvvəlcədən bəyan etdiyimiz kimi səfərin məqsədi akademiyalarda mövcud vəziyyətin qiymətləndirilməsi, lisenziyalaşdırma tələblərinə uyğunluğun yoxlanılması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi olub. Akademiyalarda çalışan mütəxəssislərin motivasiyası və potensialı müsbət təəssürat yaratdı. İnfrastrukturla bağlı isə mövcud imkanlar var. Lakin Qərb bölgəsində akademiyaların daha davamlı inkişafı üçün müəyyən istiqamətlər üzrə təkmilləşməyə ehtiyac var".

Qeyd edək ki, sözügedən səfərin məqsədi akademiyalarda mövcud vəziyyətin qiymətləndirilməsi, lisenziyalaşdırma tələblərinə uyğunluğun yoxlanılması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Xəbər lenti