Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin ("MÜSİAD Azərbaycan") 100 üzvü 8,5 min şəxsi işlə təmin edib.
"Report" xəbər verir ki, bunu "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.
O xatırladıb ki, MÜSİAD 2017-ci ildən aktiv fəaliyyət göstərir, onun 8 daimi komissiyası, "Gənc MÜSİAD" adlı törəmə qurumu, 40 ölkədə 4 minə yaxın üzvü var.
"Hazırda MÜSUAD-ın Qarabağda da fəaliyyəti var", - deyə R.Cabirli əlavə edib.