IMG-LOGO

Myanmada üç Rusiya vətəndaşı oğurlanıb

16 Dec 2025 10:51 6 baxış
IMG

Myanma ərazisində Rusiyanın üç vətəndaşı oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə TASS Rusiyanın Myanmadakı səfirliyinin konsulluq şöbəsinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, onlar saxta çağrı mərkəzlərində işləmək məqsədilə bu ölkədə olublar.

Bu barədə həmin şəxslərin qohumları və tanışlarının müraciətlərindən sonra məlum olub.

"Bütün hallar üzrə Myanma Xarici İşlər Nazirliyinə müvafiq notalar göndərilib. Rusiya vətəndaşlarının axtarışı və yardım göstərilməsi məqsədilə səfirlik yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır", - məlumatda deyilir.

Xəbər lenti