IMG-LOGO

İngiltərə millisinin üzvü karyerasını "Mançester Siti"də davam etdirə bilər

16 Dec 2025 10:59 6 baxış
IMG

İngiltərənin "Kristal Pelas" klubunun müdafiəçisi Mark Qehi karyerasını "Mançester Siti"də davam etdirə bilər.

"Report"un "The Times"ə istinadən məlumatına görə, İngiltərə millisinin 25 yaşlı üzvü Mançester təmsilçisinin əsas hədəflərindəndir.

Yayda "Liverpul"a transferi baş tutmayan futbolçu komandasını dəyişmək niyyətindədir. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Kristal Pelas" qazanc əldə etmək üçün bir neçə klubun maraq dairəsində olan futbolçunu qış "transfer pəncərəsi"ndə satmağı düşünür.

Qeyd edək ki, M.Qehi cari mövsümdə meydana çıxdığı 25 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" futbolçunu 55 milyon avro dəyərində qiymətləndirir.

Xəbər lenti