Federal Təhqiqat Bürosu Providensdəki Braun universitetində atəş açanın şəxsiyyətinin müəyyən edilərək həbs olunmasına kömək edən məlumat üçün 50.000 dollar mükafat təklif edir.
"Report"un məlumatına görə, bu barədə FTB sözçüsü Ted Doks mətbuat konfransında bildirib.
Jurnalistlərlə görüş zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli atıcının yeni görüntülərini nümayiş etdiriblər.
Onun əynində tünd rəngli geyim və üz nahiyəsində qara maska olub.