IMG-LOGO

Bu gün Biləsuvarın kəndində üç saat işıq olmayacaq

16 Dec 2025 08:05 5 baxış
IMG

Biləsuvarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 7 saylı hava xəttində dekabrın 16-da təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırmandalı kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər lenti