IMG-LOGO

ABŞ narkotik daşıyan uç kateri vurub, səkkiz nəfər ölüb

16 Dec 2025 07:47 5 baxış
IMG

ABŞ ordusu Sakit Okeanın beynəlxalq sularında narkotik daşıyan üç kateri vurub, nəticədə səkkiz nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun "X"də paylaşılan məlumatında deyilir.

Pentaqonun açıqlamasında katerlərin Sakit Okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutlarını izlədiyi və narkotik daşıdığı bildirilib.

"Bu, kəşfiyyat məlumatları ilə təsdiqlənib. Katerlərə zərbələr endirilib və nəticədə səkkiz narkotik qaçaqmalçısı həlak olub".

Xəbər lenti