Böyük Britaniya hakimiyyətinin media maqnatı Cimmi Layanın azadlığa buraxılması çağırışları Honkonq məhkəmə sisteminin işinə müdaxilə təşkil edir.
"Report"un məlumatına görə, bu barədə Çinin Londondakı səfirliyinin açıqlamasında bildirilib.
"Biz Britaniya tərəfini Honkonqun məhkəmə sisteminə və Pekinin daxili işlərinə müdaxiləni, şəhərdə sabitliyi pozmağa çalışan Çin əleyhinə etirazçıları dəstəkləməyi və yanlış yola getməyi dayandırmağa çağırırıq", - deyə bəyanatda bildirilir.
Çin diplomatik missiyası Böyük Britaniyaya imperialist yanaşmasından əl çəkməyi tövsiyə edib:
"Honkonq çoxdan Çinin tərkibinə daxil olub və oradakı Britaniya müstəmləkə hakimiyyəti çoxdan sona çatıb. Honkonq məsələləri yalnız Çinin daxili işidir. Britaniyanın Honkonqa barmaqla işarə etmək və ya onun işlərinə qarışmaq hüququ yoxdur".