IMG-LOGO

İspaniya millisinin sabiq futbolçusu Lionel Messinin komanda yoldaşı olub

16 Dec 2025 04:09 6 baxış
IMG

İspaniya millisinin sabiq sol cinah müdafiəçisi Serxio Reqilon ABŞ təmsilçisi "İnter Mayami" ilə müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə adıçəkilən klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə 2027-ci ilin dekabrına qədər sözləşmə bağlanıb. Lakin qarşılıqlı razılıq əsasında müqavilənin müddəti daha 1 il uzadıla bilər.

Qeyd edək ki, Serxio Reqilon son olaraq İngiltərənin "Tottenhem" komandasında çıxış edib və müqaviləsinin müddəti 2025-in yayında başa çatdıqdan sonra azad agent statusu daşıyıb.

"İnter Mayami"nin heyətində dünya şöhrətli Lionel Messi çıxış edir və argentinalı oyunçu bir müddət əvvəl sözləşməsinin vaxtını 2028-ci ilə qədər artırıb.

Xəbər lenti