Meksika ştatının Toluka şəhərindəki beynəlxalq hava limanı yaxınlığında biznes təyyarəsi qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "Milenio" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, təyyarə hava limanının yaxınlığında qəzaya uğrayıb. Zərbə anında yanğın başlayıb və hadisə yerindən xeyli məsafədən görünən qalın qara tüstü qalxıb.
Hazırda təyyarədə olan insanların sayı və ya mümkün ölüm və ya xəsarətlər barədə təsdiqlənmiş məlumat yoxdur.
Qəza yerinə yanğınsöndürənlər, təcili yardım maşınları, Meksika ştatının Mülki Müdafiə və təhlükəsizlik qüvvələrinin üzvləri gəlib. Ərazi mühasirəyə alınıb və ətrafda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Qəzanın səbəbi araşdırılır.