IMG-LOGO

Tramp Ukrayna ilə bağlı danışıqların təfərrüatlarını açıqlayıb

16 Dec 2025 01:01 8 baxış
IMG

"Dünən Uitkoff və Kuşner, eləcə də ABŞ komandası ilə ilk görüşümüz oldu. Bundan əvvəl komandalarımız müvafiq görüşlər keçiriblər. ABŞ-dəki həmkarlarımızın müharibənin bütün təfərrüatlarını eşitməsi çox vacib idi".

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə görə, əgər bu görüşlər daha əvvəl baş tutsaydı, Rusiya-Ukrayna müharibəsində irəliləyiş daha da böyük olardı:

"Amma birlikdə çox yaxşı işlədiyimiz üçün minnətdaram. Mənim fikrimcə, dağıdıcı olan və əlbəttə ki, bizə kömək etməyəcək bəzi şeylər var. Bunların artıq sənədlərin yeni versiyalarına daxil edilməməsi vacibdir. Bu vacibdir, çünki şərəf vacibdir".

Tramp əlavə edib ki, ABŞ-nin ərazi məsələsində Rusiya ilə fərqli mövqeləri mövcuddur: "Bu, etiraf edilməli və açıq şəkildə müzakirə olunmalıdır. İnanıram ki, vasitəçi kimi çıxış edən Amerika tərəfi ən azı bir növ kompromis tapmağa çalışmaq üçün müxtəlif addımlar təklif edəcək. Təhlükəsizlik zəmanətləri, ərazi və Ukraynanın yenidən qurulması üçün kompensasiya olaraq pulla bağlı suallara aydın cavab tapmaq üçün əlimizdən gələni edəcəyik. Təhlükəsizlik zəmanətlərini müzakirə edirik. Döyüş meydanında hər hansı bir addım atılmadan əvvəl həm hərbçilər, həm də mülki əhali təhlükəsizlik zəmanətlərinin nə olacağını aydın şəkildə başa düşməlidirlər. Bu, çox vacibdir".

Xəbər lenti