Nigeriyada naməlum şəxslər avtobusdan 18 nəfəri qaçırıblar.
"Report"un məlumatına görə, bu barədə yerli media xəbər yayıb.
Qaçırılanların sərnişinləri meşəlik əraziyə aparmazdan əvvəl avtobusa zaman-zaman atəş açdıqları bildirilib.
Edo Ştat Polisinin sözçüsü Eno İkoedem qaçırılma faktını təsdiqləyib və hüquq-mühafizə orqanlarının ordu ilə birlikdə cinayətkarları tapmaq üçün genişmiqyaslı əməliyyat başlatdığını bildirib.
Ətraf ərazidə aparılan axtarış nəticəsində 11 nəfər xilas edilib.