IMG-LOGO

"Milan" belçikalı futbolçusu ilə müqavilənin müddətini uzadıb

15 Dec 2025 19:58 3 baxış
IMG

İtaliya təmsilçisi "Milan" belçikalı yarımmüdafiəçi Aleksis Salemakerslə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2031-ci ilin iyun ayına qədər sözləşmə imzalayıblar. Futbolçunun əvvəlki müqaviləsinin vaxtı 2027-ci ildə bitəcəkdi.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2020-ci ildən "Milan"da çıxış edir. O, cari mövsüm komandasının heyətində 18 oyunda iki qol vurub və dörd məhsuldar ötürmə edib.

Xəbər lenti