Berlində Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampın elçiləri Stiven Uitkoff və Cared Kuşner arasında görüş bərpa edilib.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna"nın mənbəsi bildirib.
Ukrayna tərəfindən danışıqlarda Almaniya Kansleri Fridrix Merts, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Baş Qərargah rəisi Andrey Qnatov, xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa və Prezident ofisi rəhbərinin müşaviri Aleksandr Bevz da iştirak edirlər.
ABŞ tərəfindən isə Vitkoff və Kuşnerdən əlavə, danışıqlarda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Aleksus Qrinkeviç iştirak edir.
Danışıqların birinci raundu dekabrın 14-ü Almaniyanın paytaxtında keçirilib.