IMG-LOGO

PSJ-nin baş məşqçisi yarımmüdafiəçinin komandadan ayrılmasının qarşısını alıb

26 Jan 2026 14:52 2 baxış
IMG

Fransanın PSJ komandasının baş məşqçisi Luis Enrike cənubi koreyalı futbolçu Li Kan İnin klubdan ayrılmasını istəməyib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, İspaniya təmsilçisi "Atletiko" 24 yaşlı yarımmüdafiəçi ilə maraqlanıb.

Lakin L.Enrike oyunçunun mümkün keçidi ilə bağlı danışıqların başlamasını qəti şəkildə qadağan edib.

Mütəxəssis onu rotasiyada vacib futbolçu hesab etdiyi üçün bu addımı atıb.

Qeyd edək ki, Li Kan İnin PSJ ilə 2028-ci ilin yayınadək müqaviləsi var. O, 2023-cü ildən Paris klubunun formasını geyinir.

Xəbər lenti