IMG-LOGO

Azərbaycan IMF ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

17 Feb 2026 15:37 4 baxış
IMG

Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu (IMF) arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata əsasən, müzakirələr iqtisadiyyat naziri ilə IMF-nin Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon arasında görüşdə aparılıb.

"Azərbaycanın makroiqtisadi sabitliyini, sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq enerji, rəqəmsallaşma, sənaye və digər istiqamətlərdə həyata keçirilən tədbirləri, qabaqcıl təcrübələrin tətbiqi nəticəsində əldə olunmuş irəliləyişləri qeyd etdik," - M.Cabbarov qeyd edib.

Fatimə Bağırova

Xəbər lenti