IMG-LOGO

Zərdabda ürək xəstəsi özünü asdı

28.12.2023 19:37 100 baxış
IMG

Zərdabda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Məlikli kəndində baş verib. Kənd sakini 56 yaşlı Bəkirov Qiyaməddin Xasay oğlu yaşadığı evin həyətindəki ağacdan özünü asaraq, həyatına son qoyub.

Məlumata görə, onun ürək-damar xəstəliyindən əziyyət çəkdiyi və bu səbəblə intihar etdiyi iddia olunur.

Faktla bağlı Zərdab rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.

Xəbər lenti