IMG-LOGO

Salyanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

15.12.2025 07:53 6 baxış
IMG

Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" və "Mercedes" markalı avtomobillər ağır tonnajlı yük maşını ilə toqquşub. Qəza nəticəsində Astara rayon sakinləri; 1988-ci il təvəllüdlü Məhərrəmov Vahid Xandadaş oğlu, 1982-ci il təvəllüdlü Kamilova Vüsalə Kamil qızı, 1983-cü il təvəllüdlü Qafarov Mərahim Ələddin oğlu və 1978-ci il təvəllüdlü Sultanov Məmmədağa Sədyət oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti