IMG-LOGO

Bakıda yaşayış binasında YANĞIN: 1 nəfər tüstüdən zəhərləndi

02 Jan 2026 17:47 4 baxış
IMG
0 0

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında məişət əşyaları və məişət tullantıları 18 m² sahədə qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisələr

Xəbər lenti