IMG-LOGO

"Qəbələ"nin baş məşqçisi: "Məşqlərdə penaltilər üzərində çox işləyirik, lakin oyunda alınmır"

20 Feb 2026 22:38 2 baxış
IMG

"Qəbələ" futbolçuları məşqlərdə penaltilər üzərində çox çalışsalar da, oyunlar zamanı bu alınmır.

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının XXI turunda "Sumqayıt"a qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qolsuz başa çatan qarşılaşmanı şərh edib:

"Hər iki komanda yüksək səviyyəli oyun nümayiş etdirdi. Meydanda sürət və mübarizə var idi. Bu mövsüm 3-cü penaltini vura bilmədiyimizə görə təəssüflənirəm. Amma futbolda belə hallar olur. Məşqlərdə bunun üzərində çox işləyirik, lakin oyunda alınmır. Futbolçuların mübarizə aparmasından razı qaldım. Onlara təşəkkür edirəm. Bu cür işləsək, daha çox xallar qazana bilərik".

Xəbər lenti