IMG-LOGO

Səidə Sultan: “Uşaq əvəzinə itdən-pişikdən saxlayacağam”

28 Dec 2023 11:41 86 baxış
IMG

Bu il özünə toy etmiş müğənni Səidə Sultan qatıldığı proqramlardan birində verdiyi açıqlamalarla diqqət çəkib.

Lent.az-ın xəbərinə görə, o ailə qursa da, övlad sahibi olmaq istəmədiyini bildirib.

“Uşaq sevmirəm. Artıq gec olduğunu düşünürəm. Uşaq məsuliyyətdir. İtdən, pişikdən saxlayacağam da. Buna görə əlləşib, vuruşmuram. Mənə toy da lazım deyildi. Məndən olsa, toy etməzdim. Toy olması, uşaq olması şərt deyil. Mən o ağılda biri deyiləm. Anam və bacılarıma görə, toy etdim”,- deyə o bildirib.  

Mənbə: lent.az

Xəbər lenti