IMG-LOGO

İspaniya La Liqasının matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb

14.12.2025 20:33 6 baxış
IMG

İspaniya La Liqasının XVI turunun bu gün baş tutmalı olan "Levante" - "Vilyarreal" matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

Matçın təxirə salınmasına səbəb Valensiyada yağan güclü yağışlar olub. Qarşılaşmanın yeni tarixi və vaxtı açıqlanmayıb.

Qeyd edək ki, "Vilyarreal" turnir cədvəlində 35 xalla üçüncü yerdədir. "Levante" isə 9 xalla sonuncu, 20-ci pillədə qərarlaşıb.

Xəbər lenti