IMG-LOGO

İspaniya klubu baş məşqçisini istefaya göndərib

14.12.2025 19:11 5 baxış
IMG

İspaniyanın "Real Sosyedad" klubu baş məşqçi Serxio Fransiskonu istefaya göndərib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirir.

46 yaşlı mütəxəssislə birlikdə San-Sebastyan komandasını onun köməkçisi Yosu Rivas da tərk edib.

İlin sonuna qədər san-sebastyanlılara əvəzedici komandanın baş məşqçisi Yon Ansoteqi rəhbərlik edəcək. Onun köməkçisi İmanol Aqirreçe olacaq.

Qeyd edək ki, komanda hazırda La Liqada 16 turdan sonra 16 xalla 15-ci yerdədir. S.Fransisko bu posta iyulda təyin olunmuşdu.

Xəbər lenti