IMG-LOGO

"Arsenal" autsayderə son anda qalib gəldi

14.12.2025 06:23 3 baxış
IMG
0 0

İngiltərə Premyer Liqasında 16-cı turun oyunları davam edir.

Lent.az xəbər verir ki, lider "Arsenal" autsayder "Vulverhempton"u qəbul edib.

"Topçular" "canavarlar"ın öhdəsindən çətinliklə gəliblər.

Belə ki, 70-ci dəqiqədə avtoqol sayəsində meydan sahibləri irəli çıxsalar da, 90-cı dəqiqədə hesab bərabərləşib. London klubu qələbə qolunu yalnız 90+4-cü dəqiqədə vurmağı bacarıb.

Bu nəticədən sonra "Arsenal" xallarını 36-ya çatdıraraq zirvədə qalıb. "Vulverhempton" isə aktivindəki 2 xalla sonuncu - 20-ci pillədə qərar tutub.

Arsenal

Xəbər lenti