IMG-LOGO

"Qalatasaray"dan inamlı qələbə

14.12.2025 03:04 2 baxış
IMG
0 0

Türkiyə Super Liqasının növbəti turunda “Qalatasaray” səfərdə “Antalyaspor”la qarşılaşıb.

Lent.az xəbər verir ki, İstanbul klubu səfərdə inamlı qələbə qazanıb.

Qarşılaşma qonaqların 1:4 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sarı-qırmızılılar"ın qollarını 7-ci dəqiqədə Leroy Sane, 11-ci dəqiqədə Roland Sallai, 56-cı dəqiqədə Viktor Osimhen və 93-cü dəqiqədə Mauro İkardi vurub.

Meydan sahiblərinin yeganə qoluna isə 69-cu dəqiqədə Sander van de Streek imza atıb.

Qalatasaray

Xəbər lenti