Qəzza zolağının cənubunda baş verən partlayış nəticəsində İsrailin iki hərbçisi yaralanıb.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
"Qəzza zolağının cənubundakı terror infrastrukturunun məhv edilməsi zamanı partlayıcı qurğunun işə düşməsi nəticəsində iki hərbçi yüngül yaralanıb", - bəyanatda bildirilib.
Qeyd olunub ki, tibbi yardım üçün əsgərlər hospitala təxliyə edilib.