IMG-LOGO

Azərbaycan həndbol çempionatlarında II turun oyunları keçirilib

13 Dec 2025 17:53 52 baxış
IMG

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında II turun oyunları keçirilib.

"Report"un məlumatına görə, kişilərin yarışında "Qarabağ" "Azəryol"u (31:21), "Bakı" "Dinamo"nu (40:26), "Kür" "Təhsil"i (38:28) məğlub edib.

Qadınların mübarizəsində "Kür" "Bakı"nı (54:11), "İdman Akademiyası" "Təhsil"i (43:16), "Azəryol" "Qarabağ"ı (46:27) üstələyib.

Mənbə: report.az

Xəbər lenti