IMG-LOGO

PSJ bu qış onlardan qurtulmaq istəyir

27 Dec 2023 15:46 142 baxış
IMG

Müdafiəçi Leyvin Kurzava və hücumçu Yuqo Ekitike PSJ-ni tərk edə bilər. 

Lent.az bildirir ki, “Le Parisien”in xəbərinə görə, Paris klubu qış transfer pəncərəsində futbolçularla ayrılmaq niyyətindədir.

Bu mövsüm Kurzava və Ekitike meydanda cəmi 8 dəqiqə keçirib.

Ümumilikdə 31 yaşlı Kurzava parislilərin heyətində 154 oyun keçirib. O, 14 qol vurub və 23 məhsuldar ötürmə edib. 21 yaşlı Ekitikenin 33 oyunda 4 qolu və bir məhsuldar ötürməsi var.  

Mənbə: lent.az

Xəbər lenti