IMG-LOGO

Premyer Liqa: "Zirə" "Şamaxı"ya məğlub olub

13.12.2025 19:54 3 baxış
IMG

Misli Premyer Liqasında XV tura start verilib.

"Report"un məlumatına görə, günün ilk oyununda "Şamaxı" doğma meydanda "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib.

Qonaqların heyətində Georgi Papunaşvili 8-ci dəqiqədə hesabı açıb. Bölgə təmsilçisinin qollarını isə 54-cü dəqiqədə Alfons Msanqa və 61-ci dəqiqədə penaltidən Karim Rossi vurublar.

"Şamaxı" 20 xalla 7-ci, "Zirə" isə 27 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ikinci qarşılaşmasında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək.

Qeyd edək ki, XV tura dekabrın 15-də yekun vurulacaq.

Xəbər lenti