IMG-LOGO

Şakiraya heykəl qoydular

27 Dec 2023 14:22 30 baxış
IMG

Kolumbiyalı müğənni Şakiranın şərəfinə anadan olduğu Barrankiilya şəhərində heykəl qoyulub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, şəhər meri Hayme Pumareho bildirib ki, Şakiranın heykəlində onun rəqsinin gözəlliyi, ürəyinin atəşini əks etdirməyə çalışıblar.

O bildirib ki, Şakia Karib hövzəsi qadınlarının ilham mənbəyidir.

Bürüncdən hazırlanan heykəlin hündürlüyü 6,5 metrdir.

Şakira açılış mərasimində iştirak etməsə də, yerlilərinə minnətdarlığını bildirib. O, hazırda İspaniyanın Barselona şəhərində yaşayır.

Mənbə: lent.az

Xəbər lenti