"Land O' Lakes" şirkətinin kulinariya kontenti üzrə mütəxəssisi Toni Enqen kərə yağının yeganə düzgün saxlanma üsulundan danışıb. Onun sözlərinə görə, məhsulu soyuducudan kənarda dörd saatdan artıq saxlamaq olmaz.
“İstifadə olunmayan yağı həmişə soyuducuya qoyun”Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssisin fikrincə, istifadə edilməmiş yağı soyuducuya qaytarmaq mütləqdir.
Onun fikrincə, kərə yağının uzun müddət otaq temperaturunda qalması məhsulun rənginə və dadına mənfi təsir göstərə bilər. Bu qayda həm duzlu, həm duzsuz, həm də çalınmış yağ növlərinə aiddir.
Yağı soyuducuda necə saxlamaq lazımdır?Mütəxəssis məhsulu soyuducunun ən soyuq hissəsində, öz orijinal qablaşdırmasında saxlamağı tövsiyə edir. Əgər yağı “ehtiyat üçün” almağı planlaşdırırsınızsa, onu dondurucuya qoymaq daha yaxşı seçimdir.
Kərə yağını tez yumşaltmaq üçün nə etməli?Soyudulmuş yağı tez yumşaltmaq lazımdırsa, onu otaq temperaturunda 30–45 dəqiqə saxlamaq kifayətdir. Əgər yağı kiçik hissələrə doğrasanız, bu proses daha da sürətlənəcək təxminən 15 dəqiqəyə yumşalacaq.
Dondurulmuş yağı isə Enqen əvvəlcə sürtgəcdən keçirməyi məsləhət görür. Bu, onu qarışdırma qabına köçürməyi asanlaşdırır. Bir neçə dəqiqə otaq temperaturunda saxlanıldıqda, sürtgəcdən keçirilmiş hissələr tez isinir və yumşalır.
kərə yağı mətbəx