Avstriya Çexiya, Slovakiya, Macarıstan və Sloveniya ilə sərhəd nəzarətini altı ay müddətinə uzadacaq.
"Report" "Radio Prague International"a istinadən xəbər verir ki, bu barədə Avstriyanın daxili işlər naziri Gerhard Karner bildirib.
Onun sözlərinə görə, ölkə yeni sərhəd təhlükəsizliyi konsepsiyası çərçivəsində sərhədyanı ərazilərin nəzarəti tədricən genişləndirəcək.
Sərhəd nəzarətinin uzadılması son dəfə oktyabr ayında elan edilmişdi, o zaman onun müddəti iki aydan beş aya qədər - 15 dekabra qədər uzadılmışdı.
Sərhəd təhlükəsizliyinə yeni yanaşma təkcə sərhədlərə deyil, həmdə bütün sərhədyanı ərazilərə diqqət yetirməyi nəzərdə tutur. Bu da Avstriya hökumətinin fikrincə, sistemi daha effektiv və çevik edəcək.