Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub.
Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, Həsənov Qafur Cəmaləddin oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynadakı döyüşlərdə həlak olub. Qeyd olunub ki, Qafur Həsənov 44 günlük Vətən müharibəsində iştirak edib və Goranboy briqadasının tibb xidmətinin rəisi olub. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə, tibb xidməti kapitanı Q. Həsənov Azərbaycan bayrağı” ordeni və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Bildirilir ki, mərhum ehtiyata buraxılandan sonra Rusiyaya gedib və orduya qoşularaq, Ukraynadakı döyüşlərə yollanıb.
Xatırladaq ki, dünən də bir həmyerlimizin Rusiya-Ukraynaa müharibəsində həlak olması ilə bağlı xəbər vermişdik.
Hadisələr Rusiya-Ukrayna müharibəsi Ukraynada ölən azərbaycanlılar