Şirvan şəhərində noyabrın 27-də hamamda yıxılan qadın dekabrın 12-də xəstəxanada ölüb.
"Report"un məlumatına görə, hadisə şəhərin L.İbrahimov küçəsindəki evdə baş verib.
Belə ki, 1958-ci il təvəllüdlü Xuraman Nəsir qızı Səfərova hamam otağında yıxılandan sonra xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və qadın ötən gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.