IMG-LOGO

Ordubadın yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb

13.12.2025 14:54 3 baxış
IMG

Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Qarın hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 5, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 1 sm qeydə alınıb.

Xəbər lenti