IMG-LOGO

Tramp: ABŞ təkcə Venesueladakı narkotik kartellərinə zərbələr endirməyəcək

13.12.2025 11:21 4 baxış
IMG

Vaşinqton həm Venesuelada, həm də digər Latın Amerikası ölkələrində narkotik satıcılarına hücum edə bilər.

"Report"un məlumatına görə, ABŞ prezidenti Donald Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Söhbət təkcə Venesueladan getmir. Söhbət həm də digər ölkələrdə dəhşətli insanlara zərbə endirməkdən gedir", - o, Latın Amerikası ölkələrində fəaliyyət göstərən narkotik kartellərindən bəhs edib və Kolumbiyada geniş miqyaslı narkotik istehsalını qeyd edib.

Trampın sözlərinə görə, ABŞ ordusu son həftələr şübhəli narkotik qaçaqmalçılarının qayıqlarına zərbə endirməklə Birləşmiş Ştatlara dənizlə narkotik daşınmasını 96 % azaltmağı bacarıb.

"İndi biz eyni şeyi quruda da edəcəyik. Bu, tezliklə baş verəcək", - Amerika lideri xəbərdarlıq edib.

Daha əvvəl bildirilib ki, ABŞ Cənub Komandanlığının (SOUTHCOM) hava hissəsini gücləndirmək üçün Puerto-Rikodakı "Ruzvelt-Rouds" hava bazasına beşinci nəsil "F-35A Lightning II" qırıcı təyyarələri qrupu yerləşdirir.

Xəbər lenti