Özəl klinikalara icbari tibbi sığorta ilə göndəriş dayandırılıb.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata əsasən, dekabrın 12-dən özəl klinikalara göndərişlərin verilməsi dayandırılıb.
Məsələ ilə bağlı TƏBİB-ə müraciət ünvanlasaq da, hələlik münasibət bildirilməyib.
Qeyd edək ki, bir ildən çoxdur ki, Azərbaycanda icbari tibbi sığorta ilə dövlət xəstəxanaları ilə yanaşı özəl klinikalara da göndəriş verilirdi.
Mənbə: lent.az