IMG-LOGO

Rusiyanın hücumundan sonra Odessada işıq və suyun nəqlində fasilələr yaranıb

13 Dec 2025 05:36 55 baxış
IMG

Dekabrın 13-ə keçən gecə Ukraynanın Odessa şəhərinə Rusiya ordusunun hücumu nəticəsində elektrik və su təchizatında fasilələr yaranıb.

"Report" xəbər verir ki, bu barədə "RBC-Ukraina" məlumat yayıb.

Məlumata görə, şəhər ballistik və qanadlı raketlərin zərbələrinə məruz qalıb.

Bu vaxt DTEK-də (operator şirkəti) Odessada, Peresıpsk və Primorsk rayonlarının bir hissəsində şəbəkədə lokal qəza səbəbindən işığın kəsildiyi bildirilib. Bundan əlavə, Ukraynanın Xerson və Nikolayev bölgələrində elektrik enerjisinin qismən kəsilməsi müşahidə olunub.

Mənbə: report.az

Xəbər lenti