IMG-LOGO

Almaniyada aeroportda sərnişindən 11 000-dən çox almaz müsadirə edilib

13.12.2025 08:08 5 baxış
IMG

Frankfurt-Mayn (Almaniya-red) hava limanında gömrük əməkdaşları Anqoladan gələn sərnişinin əl yükündə ​​11 270 almaz aşkarlayaraq müsadirə ediblər.

"Report"un DPA agentliyinə istinadən xəbərinə görə, bu barədə gömrük işçiləri və federal polis məlumat yayıb.

Məlumata görə, almazlar əl yükündə ikiqat dibdə gizlədilib. Onların dəyərini müəyyən etmək üçün qiymətləndirmə tələb olunur. Hüquq-mühafizə orqanlarının əməkdaşları Anqoladan Frankfurta gələn 53 yaşlı kişini saxlayaraq həbs edib.

Agentlik vurğulayıb ki, o, çox güman ki, tələb olunduğu kimi təbii almazları giriş zamanı bəyan etməyib və tələb olunan sertifikatı təqdim edə bilməyib.

Xəbər lenti