IMG-LOGO

ABŞ Braziliya Ali Məhkəməsinin hakiminə qarşı sanksiyaları ləğv edib

13.12.2025 05:25 3 baxış
IMG

ABŞ-nin Maliyyə Nazirliyi Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleşandr di Moraisə qarşı əvvəllər tətbiq olunan sanksiyaları ləğv edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin veb saytında dərc olunmuş bildirişdə qeyd olunub.

Sənəddə qərarın səbəbi açıqlanmayıb. ABŞ-nin məhdudiyyətləri di Moraisin həyat yoldaşına da şamil edilməyəcək.

ABŞ-nin Maliyyə Nazirliyi iyulun sonlarında hakimə qarşı sanksiyaları Cənubi Amerika respublikasının keçmiş prezidenti Jair Bolsonaruya qarşı qaldırılan cinayət işi, eləcə də ABŞ şirkətləri ilə bağlı məhkəmə prosesləri səbəbindən elan edib.

Maliyyə naziri Skott Bessent daha sonra di Moraisin ABŞ və Braziliya vətəndaşlarına və şirkətlərinə qarşı "qanunsuz cadugər ovu"nda iştirakını iddia edib. Maliyyə Nazirliyi hakimin "senzura, özbaşına həbslər və insan hüquqlarının pozulması, eləcə də siyasi motivli təqiblərə, o cümlədən Bolsonaruya qarşı repressiv kampaniyaya görə məsuliyyət daşıdığını" güman edirdi.

Xəbər lenti