Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyaya səfəri çərçivəsində Almaniyanın Xarici Əlaqələr Şurasında keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanı salamlayıb.
Lent.az erməni mediasına istinadla xəbər verir ki, "Almaniyaya xoş gəldiniz" sözünü ermənicə deyən səfir , sonra ingilis dilinə keçib.
“Bu, münasibətlərimizdə ən sabit və dinc dövrdür və buna həm biz, həm də siz nail olmuşuq. Biz çalışdıq ki, övladlarımız və nəvələrimiz bu ağrılı və uzunmüddətli münaqişəni miras almasınlar. Ümid edirəm ki, onlar həmişə sülh şəraitində yaşayacaqlar. Azərbaycan, sözsüz ki, sülh gündəminin təşəbbüskarı olub”, — deyə səfir bildirib.
Ağayev Vaşinqton razılaşmalarının tam şəkildə həyata keçiriləcəyinə ümid ifadə edib. O bildirib ki, bu çərçivəyə TRIPP layihəsi də daxildir və həmin layihə Azərbaycanla Naxçıvan arasında maneəsiz yolun təmin olunmasını nəzərdə tutur. Səfir bu prosesdə “son maneə” kimi Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini qeyd edib.
“Ümid edirik ki, bu məsələ də aradan qalxacaq və biz rəsmi şəkildə sülh müqaviləsini imzalaya biləcəyik”, — deyə Ağayev vurğulayıb.
Sizin brauzer video tagını dəstəkləmir. Paşinyan Səfir