Üçüncü Dünya müharibəsi zamanı ən böyük risk altında ola biləcək ölkələrin siyahısı açıqlanıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin qiymətləndirməsinə əsasən, ABŞ, Rusiya, İsrail, İran, Şimali Koreya və Tayvan hərbi əməliyyatların əsas hədəflərinə çevrilə biləcək ərazilər sırasındadır.
ABŞMütəxəssislərin fikrincə, ABŞ qlobal miqyaslı hərbi qarşıdurma baş verərsə, böyük ehtimalla münaqişəyə cəlb olunacaq. Bu səbəbdən ölkə potensial hədəf hesab edilir. Bununla yanaşı, təhlükə səviyyəsinin ölkənin müxtəlif bölgələrində fərqli ola biləcəyi vurğulanır.
İranİranın da yüksək risk qrupunda olduğu qeyd edilir. Yaxın Şərqdə davam edən gərginlik və İranın regional proseslərdəki rolu ölkəni mümkün hərbi əməliyyatların mərkəzlərindən birinə çevirə bilər.
İsrailYaxın Şərqdəki vəziyyət səbəbindən İsrail də yüksək risk daşıyan ölkələr arasında göstərilir. Ölkə inkişaf etmiş hava hücumundan müdafiə sistemlərinə malik olsa da, raket hücumları təhlükəsi qalmaqdadır.
RusiyaRusiyanın Ukraynaya qarşı davam edən müharibəsi daha genişmiqyaslı eskalasiya riski yaradır. Münaqişənin NATO ilə birbaşa qarşıdurmaya çevrilməsi halında daha çox ölkə hərbi əməliyyatlara cəlb oluna bilər.
Şimali KoreyaEkspertlər hesab edirlər ki, Şimali Koreyanın Cənubi Koreya ilə davam edən qarşıdurması, həmçinin Rusiya və Çinlə yaxın münasibətləri onu da potensial hədəflərdən birinə çevirə bilər.
TayvanSiyahıda Tayvanın da yer almasının əsas səbəbi Çinlə uzun illərdir davam edən gərginlikdir. Məqalədə qeyd olunur ki, Pekinin ada ilə bağlı mövqeyi gələcəkdə hərbi qarşıdurma riskini artıran amillərdən biri hesab edilir.
Ən təhlükəsiz ölkə kimi İsveçrə göstərilirGenişmiqyaslı müharibə zamanı ən təhlükəsiz ölkələrdən biri İsveçrə ola bilər. Buna səbəb ölkənin dağlıq relyefi, uzunmüddətli neytrallıq siyasəti və Alp dağlarının dərinliklərində yerləşən çoxsaylı mühafizə sığınacaqları göstərilir.
Müharibə Üçüncü Dünya MüharibəsiMənbə: lent.az