IMG-LOGO

5 milyondan çox azarkeş Argentinanın Dünya çempionatından kənarlaşdırılmasını tələb edir

14 Jul 2026 16:00 3 baxış
IMG
0 0

5 milyondan çox azarkeş Argentina milli komandasının Dünya çempionatından kənarlaşdırılmasını tələb edən petisiya imzalayıb.

Lent.az-ın xarici mediaya istinadən məluamtına görə, azarkeşlər Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasını (FIFA) dünya çempionu Argentinaya və xüsusən də komandanın kapitanı Lionel Messiyə qeyri-obyektiv olmaqda günahlandırıblar.

"Qalib artıq müəyyən edilibsə, dünyanın qalan hissəsi niyə Dünya çempionatında iştirak etməlidir? Argentina kənarlaşdırılsın və bütün digər komandalara bərabər şans verilsin", - petisiya mətnində vurğulanır.

Argentina iyulun 15-də Dünya çempionatının yarımfinalında İngiltərə ilə qarşılaşacaq.

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti