IMG-LOGO

Bərdədə bir qrup keçmiş məcburi köçkün peşə hazırlığına cəlb edilib

10.12.2025 15:46 3 baxış
IMG

Bərdə rayonunda bir qrup keçmiş məcburi köçkün öz ixtisası üzrə peşə hazırlığına cəlb olunub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin müxtəlif sahələrdə ixtisaslı kadr kimi yetişmələri üçün Bərdə Dövlət Peşə Təhsil Mərkəzində 9 ixtisas üzrə təlimlər keçirilib.

Məlumata görə, təlimlər aqronom-texnik, kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər, dəzgahların komputer operatoru, tornaçı, frezerçi, frezerçi mütəxəssis, baytar köməkçisi, bağban-dekoraror, geniş profilli traktorçu-maşinist-təmirçi çilingər ixtisaslarını əhatə edib.

Qeyd olunub ki, sözügedən mərkəzdə cari ildə Bərdədə məskunlaşan 301 keçmiş məcburi köçkün bu təlimlərə cəlb edilib. Təlimlərin proqram tələblərinə uyğun olaraq 1-3 ayadək davam etməsi nəzərdə tutulub.

Təlimlərin əsas məqsədi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsidir. Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim olunur.

Xəbər lenti