Azərbaycan hakimləri Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıblar.
Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Konstantin Selin və Eldar Əliyev avrokubok oyunlarında iş başında olacaqlar. K.Selin kişi voleybolçular arasında Çelenc kubokunun 1/16 final mərhələsində "Slovan" (Bratislava, Slovakiya) - "Prima Donna Kaas Huizen" (Niderland) oyununda birinci hakim olacaq. Görüş bu gün, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
E.Əliyev isə kişi voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsində keçiriləcək "AONS Milon" (Yunanıstan) - "CEZ Karlovarsko" (Çexiya) matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. Bu gün, Bakı vaxtı ilə saat 20:00-da Yunanıstanda baş tutacaq qarşılaşmanın birinci hakimi türkiyəli Cevik Ramazandır.